Del Boske favoritlərini açıqladı
20 May 2014 20:23 İdmanİspaniya millisinin baş məşqçisi Visente del Boske Braziliyada təşkil olunacaq dünya çempionatının favoritlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, "Globo"ya danışan ispaniyalı mütəxəssis mundialın əsas favoritinin Braziliya olduğunu bildirib: "Braziliya millisi dünya çempionatının əsas favoritidir. Ancaq biz də son dünya çempionlarıyıq. Futbolla maraqlanan hər kəs bilir ki, belə turnirlərin həmişə favoritləri olur. Məsələn, Braziliya ilə yanaşı, İspaniya, Almaniya və Hollandiyanı fərqləndirərdim. Bizi maraqlı mübarizə gözləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31