PSJ "Barselona"nın futbolçusunu istəyir

"Barselona"nın müdafiəçisi Daniel Alveş komandada ayrıla bilər. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, PSJ klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır. Paris təmsilçisinin yeni mövsüm üçün transfer planında öndə gələn futbolçulardan biri məhz Alveşdir. PSJ-nin baş məşqçisi Loran Blan yeni mövsümdən təcrübəli müdafiəçini komandasında görmək istəyir. 30 yaşlı futbolçunun da Fransada oynamaq istədiyi bildirilir. 

Qeyd edək ki, 2008-ci ildən "Barselona"nın şərəfini qoruyan Alveş keçirdiyi 176 oyunda 14 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31