"Bavariya"nın fubolçusu "Arsenal" yolunda

"Bavariya" klubunun müdafiəçisi Dante "Arsenal"ın maraq dairəsinə düşüb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu "topçular"ın baş məşqçisi Arsen Vengerin transfer siyahısında yer alıb. Lakin "Arsenal"ın braziliyalı oyunçu üçün "Bavariya"ya nə qədər pul təklif etdiyi açıqlanmayıb. Münhen təmsilçisi Dante ilə yolları ayırmaq niyyətində deyil. Bununla belə, yüksək məbləğ qarşılığında təcrübəli futbolçunun "Arsenal"a keçəcəyi istisna olunmur. 

Qeyd edək ki, 2012-ci ildən "Bavariya"nın şərəfini qoruyan Dante keçirdiyi 58 oyunda 3 dəfə rəqib qapılarına yol tapıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31