"Atletiko" "Real"ın keçmiş hücumçusunu istəyir
20 May 2014 12:48 İdman2013/2014 mövsümünün qalibi "Atletiko" "Real"ın keçmiş futbolçusunu transfer etmək istəyir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone ötən yay "Real"dan "Napoli"yə transfer olunan Qonzalo İquanin komandasında görməyi planlaşdırır. Klubun aparıcı futbolçusu Dieqo Kostanı "Çelsi"yə gedəcəyi gözlənildiyi üçün təcrübəli mütəxəssis hücum xəttini argentinalı hücumçu ilə doldurmağı düşünür.
Qeyd edək ki, İquain bu mövsüm A seriyasında 24 qol vurub və 11 qolun ötürməsini edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31