İbrahimoviçə yeni vəzifə təklif olundu

PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi futbolçusu Zlatan İbrahimoviçə yeni vəzifə təklif edib. Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti isveçli hücumçunun futbolçu karyerasını başa vurduqdan sonra Paris təmsilçisində idman direktoru vəzifəsində çalışmasını istəyir.  N.Əl-Xəlafi bu barədə artıq Z.İbtahimoviçlə danışdığını deyib: "O, futbolçu karyerasını bitirdikdən sonra bizimlə qalacaq və klubun idman direktrou olacaq. Əgər bu gerçəkləşsə, İbrahimoviçin ən yaxşı idman direktorlarından biri olacağına əminəm".

Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında karyerasını PSJ-də başa vurmaq istədiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31