Futbol Könüllülərinin Beynəlxalq Forumu keçirilib

Bakıda "Futbol Könüllülərinin Beynəlxalq Forumu" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, forum Təhsil Nazirliyi, AFFA və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil olunub. Forumun keçirilməsindən məqsəd dünyada könüllülər hərəkatının, xüsusilə, idmanda könüllülərin fəaliyyəti ilə bağlı mövcud vəziyyəti müzakirə etmək, inkişaf tendensiyasını araşdırmaqdan ibarətdir. Azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak ediblər. Forumun açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxş ediblər. İtaliyalı futbolçu, "Yuventus", "Milan", "Barselona" klublarında çıxış etmiş, 2006-cı ildə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi Canluka Zambrotta da fikirlərini bildirib. Sessiyalarla davam etdirilən forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edib. Çıxışların mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələr olub. Tədbirdə AFFA-nın prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər qonaqlar da iştirak edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31