Ronaldo La Liqanın bombardiri oldu

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo İspaniya La Liqasında 2013/2014 mövsümünün bombardiri olub. Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu 30 oyunda vurduğu 31 qolla hamını qabaqlayıb. "Barselona"nın hücumçusu Lionel Messi 28 qolla ikinci, "Atletiko" (Madrid) klubunun forvardı Dieqo Kosta isə 27 qolla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında da bombardirlər siyahısına başçılıq edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31