Beyl: "Ronaldodan lazımi məsləhətlər aldım"

"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan uelsli futbolçu "Real"da oynadığı ilk günlərdən Ronaldodan lazımi məsləhətlər aldığını bildirib: "Ronaldo çox yaxşı insandır. "Real"dakı ilk günlərimdə ondan yaxşı məsləhətlər aldım. Harada yaşamalı, hara getməli və digər məsələlər barədə söhbətimiz oldu. Daha sonra isə futbolla bağlı düşüncələrini mənimlə paylaşdı. Onunla yüksək səviyyədə anlaşırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31