İbrahimoviç: "Çempionlar Liqasını mütləq qazanmalı deyiləm"
16 May 2014 19:24 İdmanPSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı fikirləri ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan isveçli forvard yaxşı futbolçu olması üçün Çempionlar Liqasını qazanmasına ehtiyacının olmadığını bildirib:
"Karyeram ərzində Çempionlar Liqasını qazana bilməmişəm. Təbii ki, bu kuboka sahib çıxmaq istərdim. Ancaq bu elə də asan deyil. Bu uğursuzluğa qarşı heç bir kompleksim yoxdur. Çünki yaxşı futbolçu olmağım üçün mütləq Çempionlar Liqasını qazanmalı deyiləm".
Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında karyerasında yeganə əksikliyinin Çempionlar Liqasının kuboku olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31