Messi: "Çempion olsaq belə..."
16 May 2014 20:37 İdman"Barselona"nın futbolçusu Lionel Messi bu mövsümkü çıxışını dəyərləndirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu cari mövsüm La Liqada çempion olsalar belə, 2013/2014 mövsümünün onlar üçün uğurlu hesab edilməyəcəyini söyləyib:
" La Liqada çempion olmaq üçün gözlənilmədən yaxşı fürsətimiz yarandı. "Atletiko"nu məğlub edərək heç olmasa, çempionatda istədiyimizə nail olmağa çalışacağıq. Ancaq yarışı birinci yerdə tamamlasaq belə, bu mövsümü bizim üçün uğurlu hesab etmək düzgün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31