Pike 2018-ci ilə qədər "Barselona"da

"Barselona" klubunun müdafiəçisi Xerard Pike komandası ilə müqavilə yeniləyəcək. Qol.Az-ın "İnside Spanish Football"a istinadən verdiyi məlumata görə, rəhbərliklə görüş keçirən 27 yaşlı futbolçu yeni müqavilənin şərtləri ilə razılaşıb.  Yeni sözləşməyə görə, Pike 2018-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq. İspaniyalı futbolçunun qarşıdakı illərdə nə qədər qazanacağı haqda məlumat verilməyib. "Barselona" rəhbərliyi dünya çempionatına qədər Pike ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, cari mövsüm "Barselona"nın heyətində 25 oyun keçirən Pike cəmi bir dəfə rəqib qapısına yol tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31