Ronaldo: "Bu səviyyəyə vurduğum qollar sayəsində gəlməmişəm"

"Artıq klub tarixinin ən önəmli futbolçularından biri olduğumu bilirəm. Bu səviyyəyə isə yalnız vurduğum qollar sayəsində gəlməmişəm. "Real"da işlərim yaxşı gedir. Burada çoxlu kubok qazanmaq istəyirəm. Bu mövsüm Çempionlar Liqasını qazanmağa çox yaxınıq".

Qol.Az-ın məlumatınm görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalında "Atletiko" ilə matçdan əvvəl UEFA-nın saytına açıqlamasında deyib.

Portuqaliyalı hücumçu bildirib ki, Madrid klubu bu kuboku qazanmağı hər zaman arzulayıb: "Bunun üçün illərdir çalışırıq. Cari mövsüm bu istəyimizə nail olmağın bir addımlığındayıq. Sözügedən görüşdə də üzərimizdə böyük təzyiq olacaq. Ancaq təzyiq məni daha yaxşı futbolçu edir".

Qeyd edək ki, mayın 24-də Lissabonda keçiriləcək "Real" - "Atletiko" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31