Ruslan Abışovun komandası medalçılar sırasına düşə bilmədi

 Moskvanın "ÇSKA" futbol klubu növbəti dəfə Rusiya çempioni titulunu qazanıb. "ÇSKA" bu uğura son oyununda "Lokomotiv"i məğlub edərək imza atıb. Rusiya mətbuatının məlumatına görə, Moskva derbisində baş tutan qarşılaşmada "hərbçilər" "dəmiryolçular" 1:0 hesabı ilə məğlub ediblər. Matçda yeganə qolu rəqibin qapısına Zoran Tosiç vurub. "ÇSKA"nın bununla Rusiya tarixində 12-ci çempionluğunu bayram edib. Turnir cədvəlinin ikinci yerində isə son oyunda Krasnodarın "Kuban" komandasını 4:1 hesabı ilə məğlub edən "Zenit" komandası qərarlaşıb. yeyilən Zenit komandası aldı. "Lokomotiv" isə üçüncü olub. Qeyd edək ki, "ÇSKA" keçən mövsüm də Rusiya çempionatının qalibi olub. Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışovun şərəfini qoruduğu Kazanın "Rubin" komandası medalçılar sırasına düşə bilməyib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31