“Dənizlinin məni komandadan göndərmək istədiyi ilə bağlı xəbərlər yanlışdır”
15 May 2014 20:40 İdman"Mustafa Dənizlinin məni komandadan göndərmək istədiyi ilə bağlı xəbərlər yanlışdır". Bunu apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgül deyib.
Türkiyəli mütəxəssis "Xəzər Lənkəran"dan getməyəcəyini bildirib: "Bizim Mustafa Dənizli ilə münasibətlərimiz yaxşıdır. O, həmişə aşağı yaş qruplarının oyunlarını izləyir. Təkcə o deyil, Oğuz Çətin də gəlib baxır. Bizim çox söhbətimiz olur. Amma heç vaxt mənim bu klubdan göndəriləcəyim haqqında bir şey deyilməyib. Sadəcə şayiələr çıxarırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31