UEFA-dan Ukraynaya qadağa

UEFA Ukraynada baş verən siyasi hadisələrlə bağlı ciddi addım atıb. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu ölkədə yaşanan qalmaqallara sərt reaksiya verib.

Belə ki, qurum Ukraynanın bütün milli komandalarının ev oyunlarını keçirəcəyi məkanlara məhdudiyyət qoyub. Qərara əsasən, bu ölkənin milliləri yalnız Kiyevdəki  Olimpiya stadionu və "Arena-Lvov"da çıxış etmək hüququna malikdir. Bu qadağa 2014-cü ilin avqust-oktyabr ayları üçün nəzərdə tutulub.

Avrokuboklarla bağlı isə qeyri-müəyyənlik qalmaqdadır. Buna səbəb Ukraynanın qitə miqyaslı yarışlardakı bütün təmsilçilərinin bilinməməyidir. Həm də futbol qurumu hadisələrin axarını izləməyə üstünlük verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31