Türkiyənin 61 idmançısından “sıfır” nəticə!

2012-ci il London Yay Olimpiya Oyunlarına rekord sayda idmançı ilə qatılan Türkiyə olimpiya yığması hələ də medal qazana bilməyib.Olimpiadanın ilk 9 günü ərzində qardaş ölkənin 114 idmançısından 61-i çıxışlarını başa vurub.Onlar 9 növdə - badminton, stolüstü tennis, üzgüçülük, cüdo, velosiped idmanı, oxatma, idman gimnastikası, voleybol və ağırlıqqaldırma növlərində çıxış ediblər. Lakin heç biri mükafatçılar sırasına düşə bilməyib. Qalan 53 idmançı 7 növdə medal uğrunda mübarizə aparacaq. Bunlar atletika, atıcılıq, boks, güləş, yelkən idmanı, basketbol və taekvondodur.Qeyd edək ki, Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında 15 növdə 53 idmançı ilə təmsil olunur. Olimpiadanın ilk 9 günü ərzində 32 idmançı çıxışlarını başa vurub. Onlardan 1-i gümüş, 2-si bürünc medal qazanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31