Azərbaycanda Soma qurbanları üçün bir dəqiqəlik sükut
Son turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq
15 May 2014 14:45 İdmanTürkiyənin Manisa vilayətindəki Soma kömür mədənində baş vermiş faciə qurbanları Topaz Premyer Liqasında son turun bütün qarşılaşmalarında anılacaq. Bunu Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş məlum faciə ilə əlaqədar premyer liqanın son turunda keçiriləcək 5 oyunun hamısı 1 dəqiqəlik sükutla başlayacaq. A.Şahgəldiyevin sözlərinə görə, premier liqanın son mövsümünün qalibi "Qarabağ" klubuna çempionluq kuboku veriləcək. Bu səbəbdən son turun bütün oyunlarında futbolçular qar sarğı ilə çıxmayacaq. Çünki qara sarğı ilə kubok sevincini yaşamaq düzgün deyil.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətindəki Soma kömür mədənində baş vermiş faciə nəticəsində 275 nəfər ölüb. Şimali Kipr Türk Cümhuriyyəti və Pakistan faciə ilə əlaqədar ölkələrində matəm elan ediblər. ans