"Arsenal" dörd futbolçusu ilə yolları ayırır

"Arsenal" dörd futbolçusu ilə yolları ayırmağa hazırlaşır. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, iyun ayında müqaviləsi başa çatacaq Bakari Sanya, Emiliano Viviano, Nikles Bentner, Kim Kallstormla sözləşmə yenilənməyəcək.

Baş məşqçi Arsen Venger əvəzində hücum, yarımmüdafiə və müdafiə xəttinə yeni futbolçuların transfer olunmasını istəyir.

Qeyd edək ki, "Arsenal"ın aşağı yaş qruplarından iki futbolçunu əsas komandaya cəlb edəcəyi də iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31