7 hakimimiz beynəlxalq dərəcə alib
15 May 2014 13:33 İdmanBakıda FİLA-nın təşkil etdiyi növbəti hakimlik kursunda 13 ölkədən 60-a yaxın milli hakim beynəlxalq dərəcə almaq üçün mübarizə apararaq imtahan verib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, həm yazılı, həm də AGF Kuboku uğrunda beynəlxalq turnirdə praktiki sınaqdan ibarət olan kursun nəticələri açıqlanıb. Belə ki, Azərbaycan təmsilçiləri imtahandan uğurla keçiblər. İmtahanın nəticələrinə əsasən, 5 nəfər milli dərəcəli hakimimiz - hər iki imtahanı uğurla keçib və III dərəcəli beynəlxalq hakim adına layiq görülüb. Bundan başqa, yarışların katibliyində fəaliyyət göstərən 2 nəfər təmsilçimiz beynəlxalq dərəcəli katib statusu əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31