Kompani: "Dünya çempionatında sürpriz edə bilərik"

Belçika millisinin kapitanı Vinsent Kompani komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Qol.Az-ın məlumatına görə, Abu Dabidə jurnalistlərin suallarını cavablandıran təcrübəli futbolçu mundialda sürpriz edəcəklərinə inandığını bildirib: "Məncə, dünya çempionatında sürpriz edə bilərik. Əla oyunçulara və böyük komanda ruhuna sahibik. Dünya çempionatlarında hər zaman 4 və ya 5 komanda favorit olub. Qrup mərhələsini aşa bilsək, daha da irəliləyəcəyimizə inanıram".

Qeyd edək ki, Belçika millisi H qrupunda Rusiya, Əlcəzair və Cənubi Koreya yığmaları ilə mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31