"Sevilya" Avropa Liqasının qalibi oldu
15 May 2014 11:44 İdmanİtaliyanın Turin şəhərində keçirilən UEFA Avropa Liqasının final oyununda İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları qarşılaşıblar.
Trend-in məlumatına görə, oyunun əsas vaxtı 0:0 bitib. Əlavə vaxtlarda da qalib müəyyən edilmədiyindən komandalar ümidlərini penaltilərə bağlayıblar.
Penaltilər seriyasında isə ispanlar üstün olub - 4:2.
Beləliklə, "Sevilya" klubu 8 ildən sonra yenidən Avroliqanın qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31