Fatih Terim qızının toyunu təxirə saldı

Somadakı mədən faciəsinə görə türkiyəli sənət adamları konsertlərini təxirə salıb. Lent.az-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, "Star" televiziyasında yayımlanacaq gözəllik yarışmasında səhnəyə çıxacaq Ajda Pekkan səhnəyə çıxmaqdan imtina edib. A.Pekkanın bu hərəkətinə hörmətlə yanaşan təşkilatçılar yarışmanı təxirə salıb.  

Tarkanın da mayın 19-da Beşiktaşda verəcəyi konserti təxirə saldığı deyilir.

Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Twitter sosial şəbəkəsində qızı Busə Terimin mayın 16-da keçirilməli olan toyunu təxirə saldıqlarını yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31