“İnter” 5 futbolçu ilə müqavilə bağladı

Ölkəmizi Avroliqada təmsil edəcək "İnter" transfer çalışmalarına start verib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda AZAL ilə formal görüşə çıxacaq "bankirlər" əvvəlcə heyətdə olan futbolçularla yeni müqavilələr bağlayıb.

Belə ki, gürcüstanlı futbolçular - Baçana Sxadadze, Georgi Lomaya və Laşa Salukvadze daha 1 mövsüm də "İnter"in futbolçusu olacaq. Bundan başqa, milliləşdirilmiş dağıstanlı müdafiəçi olan Arif Daşdəmirov da klubla 1 illik yeni müqavilə bağlayıb.

"İnter" artıq ilk transferini də reallaşdırıb. Bu, "Sumqayıt"da çıxış edən Mirzağa Hüseynpurdur. 24 yaşlı Rusiya doğumlu azərbaycanlı yarımmüdafiəçi artıq 1 illik müqaviləyə imza atıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31