Neymar: "Atletiko" ilə görüşdə oynamaq istəyirəm"
14 May 2014 20:20 İdman"Barselona"nın futbolçusu Neymar La Liqada Madrid "Atletiko"su ilə keçirəcəkləri matça hazır olduğunu deyib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu bildirib ki, zədəsi tam sağalmaq üzrədir: "Atletiko" ilə görüşdə oynamaq istəyirəm. Özümü yaxşı hiss edirəm. Müalicəm bitmək üzrədir. Matç gününə kimi tam hazır olacam" .
Qeyd edək ki, Braziliya yığması Neymarın yenidən zədələnməsinin qarşısını almaq üçün "Barselona"dan futbolçunu bu matçda oynatmamasını istəmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31