Viktor Valdez "Barselona"dan ayrıldı

Viktor Valdes "Barselona" klubundan ayrılıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ispan qolkiperin Kataloniya təmsilçisi ilə müqaviləsi başa çatıb. Valdes açıqlamasında "Barsa"dakı karyerasını istədiyi şəkildə sonlandırmadığını deyib: "Bu mövsüm mənim üçün çətin keçdi, çünki zədələndim. Artıq başqa klubun şərəfini qoruyacam".

Təcrübəli qolkiper ötən ay dünyasını dəyişən Tito Vilanovaya da təşəkkür etməyi unutmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31