Mourinyo 12 ildən sonra

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 12 ildən sonra mövsümü kuboksuz başa vurub. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis 2002-ci ildən indiyə kimi hər mövsüm ən azı bir kubok qazanmışdı.

Mourinyo "Portu" ilə 2002-2004, ilk dəfə "Çelsi"ni çalışdırdığı dönəmdə 2004-2007, "İnter"lə 2008-2010, "Real"la isə 2010-2013-ci illərdə hər il uğur əldə etmişdi. 

Ancaq təcrübəli mütəxəssis bu il yenidən çalışdığı "Çelsi" ilə heç bir kubok qazanmayaraq məşqçi karyerasının ən uğursuz mövsümlərindən birini keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31