Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunları
14 May 2014 14:15 İdman2014-cü ilin may ayında Rusiya Federasiyasının Volqoqrad şəhərində Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunları keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Delfi Oyunları öz başlanğıc tarixini olimpiya oyunları kimi qədim yunan mədəniyyətindən götürür. Artıq Beynəlxalq yarışlara çevrilmiş müasir Delfi Oyunları isə 2000-ci ildən başlayaraq keçirilir. Bu günə kimi Bryansk, Kişinev, Kiyev, Astana, Minsk, Novosibirsk kimi şəhərlərdə MDB iştirakçı dövlətləri arasında keçirilmiş Delfi Oyunlarında Azərbaycanın istedadlı gəncləri də fəal iştirak eDİB, müxtəlif nominasiyalar üzrə qızıl, gümüş, bürünc medallara layiq görülÜB, xüsusi diplomlarla təltif olunuBlar. Bu il keçirilən Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunlarında iştirak edən gənclər 18 nominasiya üzrə yarışıblar. Ölkəmizi bu oyunlarda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 34 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.