"Löv "DÇ-2014"dən sonra da komandada qalacaq"

Almaniya millisinin çalışdırıcısı Yoahim Löv gələn ay Braziliyada təşkil olunacaq dünya çempionatından sonra da komandanın baş məşqçi postunda qalacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax "Bild" qəzetinə açıqlamasında deyib.

Federasiya prezidenti Lövlə 2016-cı ilə qədər müqavilə yeniləyəcəklərini bildirib: "Biz Lövlə 2016-cı ilə qədər müqavilə yeniləməyi düşünürük. Bu isə o deməkdir ki, mundialdakı nəticədən asılı olmayaraq Löv yığmanın baş məşqçi postunda qalacaq. Niyə də hansısa dəyişiklik etməliyik? Hər zaman demişəm ki, Löv birnömrəli məşqçidir. Komanda hətta "Avro-2012"nin yarımfinalında mübarizəni dayandırdığında belə buna şübhəm yox idi".

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya millisini çalışdırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31