Volkanı məhkəməyə verdilər

"Kasımpaşa" "Fənərbaxça"nın və Türkiyə millisinin qapıçısı Volkan Dəmirəli məhkəməyə verib. Publika.az xəbər verir ki, Volkan 2013-cü il fevralın 24-də "Kadıköy"dəki oyun zamanı rəqib oyunçuları davamlı olaraq söydüyü və təhdid etdiyi üçün məhkəməyə verilib:

"Matç bitdikdən sonra oyunçular avtobusa minəndə Volkan Dəmirəl futbolçumuz Yalçın Ayhanın yolunu kəsərək "Səni evindən oğurlatdıracağam" deyərək təhdid edib, eləcə də söylənməsi mümkün olmayan söyüşlər söyüb. Bundan sonra o, dəfələrlə  zəng edərək, Ayhanı bənzər şəkildə söyüb və təhdid edib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31