Venger: “Uduzsaq, “Arsenal”dan gedəcəm"

Arsen Venger "Arsenal"dakı gələcəyi ilə bağlı sensasiyalı açıqlama verib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis deyib ki, bu mövsüm federasiya kubokunun finalında "Hall Siti"yə uduzsalar, klubdan ayrılacaq. Venger yeni iş yerinin "Monako" olacağını da bildirib: "Mövsüm çox yaxşı başlasaq da, Premyer Liqada çempion ola bilmədik. Əgər federasiya kubokunu da qazanmasaq, "Arsenal"dan gedəcəm. Buradan ayrıldıqdan sonra isə "Monako" ilə müqavilə imzalayacam".

Qeyd edək ki, 18 ildir "Arsenal"ı çalışdıran Venger sonuncu dəfə 2003/2004 mövsümündə Premyer Liqada komandasını çempion edib. London təmsilçisi 2005-ci ildən kubok qazana bilmir.

Xatırladaq ki, Vengerin "Arsenal"la müqaviləsi cari mövsümün sonu başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31