Mançini "Latsio" forması ilə meydana çıxdı

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini futbolçu kimi yaşıl meydana çıxıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis keçmiş klubu "Latsio"nun 1974-ci ildə qazandığı ilk ölkə çempionluğunun 40 illiyini qeyd etmək üçün İtaliyaya gedib. 

Bu münasibətlə Romanın "Olimpiya" stadionunda komandanın keçmiş futbolçuları təşkil olunan yoldaşlıq matçda iştirak ediblər. Sözügedən qarşılaşmanı 60 mindən çox azarkeş stadiondan izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31