Luçesku: "“Şaxtyor”dakı gələcəyim Ukraynadakı vəziyyətdən asılıdır"
13 May 2014 13:30 İdman"Şaxtyor" futbol klubunun baş məşqçisi Mirça Luçesku gələcəyinə Ukraynadakı vəziyyətin birbaşa təsir etdiyini etiraf edib. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə Donetsk klubunun başına keçən rumıniyalı mütəxəssis mayın 11-də növbəti dəfə Ukrayna çempionluğunu qazanıb. Ümumilikdə isə "Şaxtyor" Luçeskunun başçılığı altında 8 dəfə Ukrayna çempionluğunu, 5 dəfə Ukrayna Kubokunu qazanıb, 2009-cu ildə UEFA Kubokunun sahibi olub.
Luçesku gələcəyi ilə bağlı məsələnin onun və klubun problemi olduğunu vurğulayıb: "Bu problem hələlik ictimaiyyət üçün deyil. Mənim hələ bir illik müqaviləm var. Əlbəttə, hər şey Ukraynadakı vəziyyətdən asılı olacaq. Ötən mövsüm "Şaxtyor"da keçirdiyim illərin ən çətini olub. Amma qarşıda görüləsi çox iş var. Komandanı son illərdəki səviyyəyə qaldırmaq lazımdır. Çempionluğu stabil oynadığımıza görə qazanmışıq".