"Düşünə biləcəyimiz ən gözəl final" - İnyesta
13 May 2014 12:43 İdmanİspaniya çempionatının son turunda sürpriz nəticələrdən sonra bütün diqqətlər bu həftənin sonunda oynanılacaq "Barselona" - "Atletiko Madrid" qarşılaşmasına yönəlib.
Kataloniya klubu istənilən nəticə ilə qələbə qazandığı təqdirdə, çempionluğu bayram edəcək. Bərabərlik isə madridlilərin zəfərinə gətirib çıxaracaq. "Barselona"nın futbolçusu Andres İnyesta öz meydanlarında qəbul edəcəkləri "Atletiko"nu məğlub edərək, çempion olacaqlarını söyləyib: "Azarkeşlərimizin önündə oynayacağıq. Futbolun qanunlarına əməl etsək, çempion olacağıq. Düşünə biləcəyimiz ən gözəl final özü bizə tərəf gəlib. Komandamızın bütün oyunçuları bu 90 dəqiqəyə hazırlaşır".
Baş məşqçiləri üçün qalib gəlmək istədiklərini söyləyən ulduz oyunçu çempionluğu "Atletiko Madrid" qədər haqq etdiklərini bildirib: "Rəqib də çempionluğu haqq edir. Amma biz bu mövsüm uzun müddət lider olduq. Baş məşqçimizin dönəmində çempion olmaq və onu sevindirmək istəyirik. O, gəldiyi gündən bütün işləri çətin olub".
Son turda çempion olmaq şansını qaçıran "Atletiko"da isə zədəlilərin sayı artır. Son məşqdə komandanın hücum xəttinin lideri Dieqo Kosta ilə bərabər, dizində problem olan qapıçı Tibo Kurtua və Kristian Rodriqez də iştirak etməyib. apasport.az