Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib
12 May 2014 19:11 İdmanAlmaniyanın Vaysvasser şəhərində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş beynəlxalq boks turniri keçirilib. Diasporla İş üzrə Dövlət Koimitəsindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycandan olan boksçuların da iştirakı etdiyi və artıq ənənəyə çevrilmiş beynəlxalq boks turniri Maqdeburqdakı Heydər Əliyev adına Boks Komitəsinin (WBCA) təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub. Turnirdə iştirak edən boksçular Heydər Əliyev adına Boks Komitəsinin təsis etdiyi 2 WBCA benəlxalq kəməri və 1 WBCA dünya kəməri uğrunda mübarizə aparıb. Turnirin titul döyüşlərində Azərbaycan bayrağı ucaldılıb, himnimiz səsləndirilib.Beynəlxalq boks turnirində azərbaycanlı idmançılardan başqa, Almaniya, Çexiya, Belarus, Türkiyə, Yunanıstan və Rusiyanı təmsil edən titullu boksçular da iştirak ediblər.