Droqba gedir

Futbolçu "Qalatasaray"ı tərk edir

"Qalatasaray"ın kot-d'ivuarlı hücumçusu Didye Droqba klubla vidalaşır. ANS PRESS-in məlumatına görə, Didye Droqba qarşıdakı mövsümdə klubdan ayrılacağını deyib. 

"Ötən il Türkiyə çenpionu olduq. Çempionlar liqasında ¼ finala yüksəldik. "Real", "Yuventus" kimi klubların olduğu qrupdan çıxdıq. Türkiyə superkubokunu qazandıq. Düşünmürəm ki, "Qalatasaray"da il yarımı pis keçirmişəm. Hesab edirəm ki, artıq sondur. İndi Qətərdə zədələndiyim üçün müalicə alıram. Həftəsonu İstanbula gələcəm. Stadionda azarkeşlərlə vidalaşacam. "Qalatasaray" azarkeşlərinin çılğınlıqları ilə stadionu cəhənnəmə çevirmələrini heç vaxt unutmayacağam", - deyə Didye Droqba bildirib.

Qeyd edək ki, Kot - d'ivuarlı futbolçu Didye Drogba 2013-cü ilin yanvar ayından Türkiyənin "Qalatasaray" klubunun şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31