Rumıniyada “Heydər Əliyev Kuboku -2014” mini futbol turniri keçirilib

ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə "Heydər Əliyev Kuboku -2014" mini futbol turniri keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirliklərinin, Heydər Əliyev Fondunun, Türk İş Adamları Dərnəyinin, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və ARDNŞ-nin Rumıniyadakı Nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə, paytaxt Buxarestdə yerləşən Tey Parkı - Heydər Əliyev xiyabanını ziyarət etmiş, onun abidəsi önünə gül dəstələri qoyublar. Sonra Buxarestin Herestrau Parkında mini futbol turnirinin açılış mərasimi keçirilib. ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan-Rumıniya münasibətlərinin formalaşması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, Rumıniyada ''Heydər Əliyev Kuboku-2014" mini futbol turnirinin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31