Konte "Monako"nun təklfini rədd etdi

"Yuventus" klubunun baş məşqçisi Antonio Konte "Monako"nun təklifindən imtina edib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis təklif üçün Fransa klubuna təşəkkür etdiyini və Turindən ayrılmaq istəmədiyini bildirib.

"Yuventus"la İtaliya çempionluğu yaşayan Konte yeni mövsümdən əsas hədəflərinin Çempionlar Liqasında uğur qazanmaq olduğunu deyib.

Qeyd edək ki, "Monako" klubu 44 yaşlı mütəxəssisə illik 8 milyon avro ödəməyi planlaşdırsa da, Konte bununla razılaşmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31