Simeone: "Barselona" ilə çempionluq şanslarımız bərabərdir"
12 May 2014 19:48 İdman"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandasının La Liqada çempionluq şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan argentinalı mütəxəssis "Barselona" ilə çempionluq şanslarını bərabər gördüyünü bildirib:
"Mövsümün əvvəlində çempionluq uğrunda mübarizənin son tura qədər davam edəcəyini söyləsəydilər, heç kəs inanmazdı. Lakin biz çempionluğa iddialı olmaqla yanaşı, "Barselona"dan 3 xal öndəyik. Bununla belə, çempionluq şanslarımızı bərabər görürəm. "Malaqa" ilə matça 100 faiz köklənmişdik, ancaq bu qələbə üçün yetərli olmadı".
Qeyd edək ki, dünən "Malaqa" ilə 1:1 bərabərə qalan "Atletiko" çempionluğun taleyini son tura saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31