"Mançester Yunayted" ilk transferini edir
12 May 2014 20:35 İdman"Mançester Yunayted" yeni mövsüm üçün ilk transferi etməyə çox yaxındır. Qol.Az-ın "Mirror" qəzetinə istinadən yaydığı xəbərə görə, klub gənc futbolçu Lyuk Şounu heyətinə cəlb etmək üçün "Sauthempton"la razılığa gəlib. "MY" bu transfer üçün 25 milyon funt sterlinq ödəyəcək. 18 yaşlı futbolçunun isə həftəlik 75 min funt sterlinq qazanacağı bildirilir.
Qeyd edək ki, L.Şou bu mövsüm Premyer Liqada uğurlu çıxışı ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31