Mourinyo: "Torres "Çelsi"də qalacaq"
12 May 2014 20:10 İdman"Çelsi" klubu futbolçusu Fernando Torresi satmayacaq. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo ispan hücumçunun komandadan ayrılmasını istəmir.
Portuqaliyalı mütəxəssis bildirib ki, yeni mövsüm quracağı heyətdə Torres də olacaq: "O, yaxşı futbolçudur. Düzdür, hər oyunda qol vuran hücumçulardan deyil, ancaq Torres komanda üçün lazımlı futbolçudur. Buna görə də "Çelsi"də qalacaq".
Qeyd edək ki, 2011-ci ildə "Liverpul"dan "Çelsi"yə transfer olunan F.Torres indiyə kimi iştirak etdiyi 172 matçda 46 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31