"Yuventus"dan yeni rekord

İtaliya A seriyasında çempionluğunu rəsmiləşdirən "Yuventus" klubu yeni rekord qırıb. Qol.Az-ın "goal.com"a istinadən yaydığı görə, Turin təmsilçisi ölkə çempionatının 37-ci turunda "Roma"nı məğlub edərək xallarının sayını 99-a yüksəldib.

Bununla da klub A seriyası tarixində indiyə kimi ən çox xal toplayan "İnter"in rekordunu geridə qoyub. Buna qədər 2006/2007 mövsümündə "İnter" 97 xal toplamışdı.

Qeyd edək ki, "Yuventus" sonuncu turda da qalib gələrsə, özünə aid rekordu yeniləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31