Xavi Premyer Liqa klublarının hədəfində

"Barselona"nın futbolçusu Xavi Hernandez İngiltərədə bir çox klubun maraq dairəsindədir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsüm bitdikdən sonra Kataloniya klubundan ayrılacağı gözlənilən ispan yarımmüdafiəçini "Mançester Yunayted", "Mançester Siti" və "Arsenal" kimi klublar transfer etmək istəyir. Yay transferi pəncərəsi dönəmində təcrübəli futbolçuya bu klublardan təklif göndəriləcəyi iddia olunur.

Qeyd edək ki, Xavi ilə "Nyu-York Siti"nin də maraqlandığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31