Qurban Qurbanov: “Ölkənin ən yaxşı komandasına qarşı oynadıq"

"Hal-hazırda ölkənin ən yaxşı komandasına qarşı oynadıq. "İnter" Avroliqada ikinci mərhələni keçə bilməsə də, çox yaxşı çıxış etdi. Mövsümə qələbə ilə başlamaq istəyirdik, lakin son dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu".Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyundan sonra (1:1) deyib.Qurbanov ümumilikdə oyundan narazı qalmayıb:"Bir xal qazandıq, ümumilikdə yaxşı oyun oldu. Əks-hücumda yaxşı oynadıq, ikinci hissədə komandanın zəif cəhətlərini görmək imkanımız oldu. Heyətlərindəki dəyişiklikləri nəzərə alsaq, rəqiblərimizi hələ tam tanımırıq. Ona görə də, qarşıdakı turlarda bizə çətin olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31