“Borussiya” mövsümü darmadağınla bitirdi

Turun bütün görüşləri bir gündə, dünən eyni saatda baş tutub

Futbol üzrə Almaniya Bundesliqasında mövsümə yekun vurulub.

ANS PRESS-in məlumatına görə, 34-cü turun bütün görüşləri bir gündə, dünən eyni saatda baş tutub.

Səfərdə "Herta"nın qonağı olan "Borussiya" (Dortmund) klubu rəqibinə 4:0, "Bayer" (Leverkuzen) klubu isə evdə "Verder"ə 2:1 hesabı ilə qalib gəlib. Cari mövsümün çempionu "Bavariya" klubu evdə "Ştuttqart"a minimal hesabla qalib gəlib - 1:0.

Qeyd edək ki, son turun nəticələrinə görə "Hamburq", "Nürnberq" və "Braunşveiq" klubları Bundesliqanı tərk ediblər. Bu komandalar növbəti mövsümdən aşağı liqada mübarizə aparacaqlar.

10 may
Almaniya Bundesliqası, 34-cü tur

"Ausburq" - "Ayntraxt" - 2:1
Qollar: Joselu, 15 (0:1), Klavan, 29 (1:1), Han, 79 (2:1)

"Bayer" (Leverkuzen) - "Verder" (Bremen) - 2:1
Qollar: Selassie, 21 (0:1), Toprak, 33 (1:1), Heunq-Min, 53 (2:1)

"Bavariya" - "Ştuttqart" - 1:0
Qol: Pizzaro, 90+2 (1:0)

"Hannover" - "Frayburq" - 3:2
Qollar: Huszti, 45 (1:0), Şmid, 50 (1:1), Rudnevs, 65 (2:1), Zuleçner, 78 (2:2), Prib, 80 (3:2)

"Herta" (Berlin) - "Borussiya" (Dortmund) - 0:4
Qollar: Levandovski, 41 (0:1), Yojiç, 44 (0:2), Levandovski, 80 (0:3), Mxitaryan, 82 (0:4)

"Hoffenhaym" - "Braunşveiq" - 3:1
Qollar: Rudi, 15 (1:0), Firmino, 64 (2:0), Volland, 70 (3:0), Hoçşeydt, 88 (3:1)

"Maynz" - "Hamburq" - 3:2
Qollar: Soto, 7 (1:0), Lasoqqa, 12 (1:1), Malli, 65 65 (2:1), Okazaki, 82 (3:1), İliçeviç, 84 (3:2)

"Şalke" - "Nürnberq" - 4:1
Qollar: Matip, 6 (1:0), Nuestader, 45 (2:0), Draksler, 75 (3:0), Drmiç, 90+1 (3:1), Obasi, 90+2 (4:1)

"Volfsburq" - "Borussiya" (Münhenqladbax) - 3:1
Qollar: Bruyne, 30 (1:0), Kramer, 64 (1:1), Perisiç, 68 (2:1), Knoçe, 81 (3:1)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31