Poqba "Çelsi" və "Mançester Yunayted"in hədəfində
8 May 2014 20:50 İdman"Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqbaya təkliflər gəlməkdə davam edir. Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, İngiltərənin iki klubu - "Çelsi" və "Mançester Yunayted" komandaları fransız futbolçu ilə yaxından maraqlanırlar.
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo 21 yaşlı gənc futbolçunu yeni mövsümdən komandasında görmək istədiyini rəhbərliyə bildirib. "Mançester Yunayted" klubunun rəhbərliyi də sabiq futbolçusunu yenidən komandaya qaytarmağı planlaşdırır.
Qeyd edək ki, "Barselona", "Real" (Madrid) və PSJ klublarının da transfer hədəfində olan Poqba bu mövsüm keçirdiyi 48 oyunda 9 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31