Emin ƏHMƏDOV bürünc qazandı

Yunan-roma güləşi üzrə digər təmsilçimiz Emin Əhmədov mübarizəyə 1/8 finaldan qoşulub. İlk mərhələdən azad olan E.Əhmədovun rəqibi 1/16 finalda misirli İslam Tolbaya qalib gələn Neven Zugaj (Xorvatiya) olub. Emin bu görüşdə 5:0 hesabıyla qalib gələrək 1/4 finala adlayıb. Burada o, Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. İlk hissədə Emin 0:3 hesabıyla uduzub, ikinci hissədə isə bu hesabla qalib gəib. Əlavə vaxtda Emin 4:0 hesabıyla qalib gələrək yarımfinala çıxıb. Burada Eminin rəqibi Ermənistan güləşçisi Arsen Julfalakyan olub. Bu gorüşdə idmançımız 0:3 hesabıyla uduzub.Bununla belə, Eminin bürünc medal qazanmaq şansı qalmaqdadır. O, üçüncü yer uğrunda döyüşə çıxacaq. Onun bürünc medal uğrunda döyüşdəki rəqibi Aleksandr Kikiniou (Belarus) olub. Emin bu qarşılaşmada qalib gələrək olimpiya üçüncüsü olub.Qeyd edək ki, millimiz London olimpiadasında 5 yunan-roma güləşçi ilə təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31