Beynəlxalq turnirdə Azərbaycan 2-ci oldu

Mingəçevir şəhəri " Kür" Olimpiya tədris- idman mərkəzi"nin bazasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş su polosu üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, turnirdə Rusiya, Belarus, Macarıstan, Gürcüstan və Azərbaycan komandalari iştirak edib. Qeyd edək ki, Azərbaycan bu yarışa: "Olympic" və "Azərbaycan 2" komandaları  ilə qatılıb. Mübarizə nəticəsində Macarıstan 1-ci, Azərbaycanın " Olimpic" komandası 2-ci , Gürcüstan 3-cü yerlərə layiq görüldülər. Belarus, "Azərbaycan 2", Özbəkistan digər yerləri bölüşdürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31