İngiltərə Premyer Liqası: "Mançester Siti" lider oldu

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınan oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, baş tutan iki görüşdə qapılara 6 qol vurulub.

Doğma azarkeşləri önündə "Aston Villa"ya 4:0 hesabı ilə qalib gələn "Mançester Siti" vahid liderliyə yüksəlib. "Sanderlend" klubu isə evdə "Vest Bromviç"dən üstün olub - 2:0.

7 may

İngiltərə Premyer Liqası

"Mançester Siti" - "Aston Villa" - 4:0

Qollar: Dzeko, 64 (1:0), 72 (2:0), Yovetiç, 89 (3:0), Ture, 90+3 (4:0)

"Sanderlend" - "Vest Bromviç" - 2:0

Qollar: Kolbak, 13 (1:0), Borini, 31 (2:0)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31