Qurban Qurbanov ağladı (FOTO)
8 May 2014 10:04 İdman"Qarabağ" futbol klubunun Topaz Premyer Liqasının 2013-2014 mövsümündə çempion olması baş məşqçi Qurban Qurbanovu ağladıb.ANS PRESS-in məlumatına görə, Qurbanov 21 illik həsrətdən sonra sevinc göz yaşlarını saxlaya bilməyib.Qurban Qurbanov "İnter"lə (4:1) oyundan sonra bunları bildirib:"Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq".