"Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının seçmə mərhələsinə vəsiqəni təmin etdi

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start verilib. Qəbələnin eyniadlı komandası doğma meydanda "Bakı"nı qəbul edib. Birinci hissənin tamamında meydan sahibləri Marat İzmaylov və Müşfiq Teymurovun qolları ilə öndə olublar.

57-ci dəqiqədə Daniel Subotiç hesabı 3:0-a çatdırıb. 8 dəqiqə sonra Namiq Ələsgərov "Bakı"nın təsəlli qolunu vurub - 3:1.

Beləliklə, "Qəbələ" 34 oyundan 57 xal toplayaraq UEFA Avropa Liqasının seçmə mərhələsinə vəsiqəni təmin edib. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31